Əsas məzmuna keç

Laos AQEM-ə üzv qəbul edilib

Laos AQEM-ə üzv qəbul edilib

Cənub-Şərqi Asiya ölkəsi rəsmi şəkildə Asiya-Qərb Əməkdaşlıq Mərkəzinə qoşuldu. Bu tarixi qərar regionda siyasi və iqtisadi tarazlığı necə dəyişəcək?

en ru

Bakıda Laos Xalq Demokratik Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə () üzvlüyü ilə əlaqədar imzalanma mərasimi keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mərasimdə Azərbaycanın naziri , Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan, AQEM Kairat Sarıbay və AQEM-in təsisedici sənədlərinin depozitarisi qismində Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi iştirak edib.

Mərasim zamanı Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan AQEM-in əsas təsisedici sənədləri olan Üzv dövlətlər arasında münasibətləri tənzimləyən prinsiplər haqqında 14 sentyabr 1999-cu il tarixli Bəyannaməni və 4 iyun 2022-ci il tarixli Almatı Aktını imzalayıb.

Tədbirdə Azərbaycan xarici işlər naziri, Laos xarici işlər naziri və AQEM baş katibi çıxış edərək, bu qərarın AQEM üçün əhəmiyyətini vurğulayıblar, bu münasibətilə Laosu təbrik edərək, gələcək üzvlüklə bağlı xoş sözlərini ifadə ediblər.

Laosun üzvlüyü barədə yekun qərarın AQEM-in 15 oktyabr tarixində Bakıda baş tutacaq Yeddinci Zirvə Görüşündə təsdiqlənməsi nəzərdə tutulur. Bununla, AQEM üzv dövlətlərinin sayı 29-a çatacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…