Laçın şəhərində 32 ildən sonra ilk zəng çalınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə "Bilik günü" qeyd olunub.
Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın Rayon Təhsil Sektorunun müdiri Nicat Həsənov, digər rəsmi şəxslər, valideynlər, Laçın sakinləri iştirak ediblər.
2 nömrəli tam orta məktəbdə Laçın şəhərinə qayıdan sakinlərin 227 övladı ilə yanaşı müvəqqəti olaraq rayonun Zabux kəndinə köçürülənlərin övladları da təhsil alacaqlar. Çünki Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində tədris oktyabrın 1-dən başlayacaq. Həmin məktəbdə təhsil alacaq şagirdlər məktəb fəaliyyətə başlayanadək müvəqqəti Laçın şəhəri 2 nömrəli tam orta tədrislərini davam etdirəcəklər.