Laçın aeroportunda torpaq qazma işlərinin 37 %-i icra edilib

Laçın aeroportunda torpaq qazma işlərinin 37 %-i icra edilib
06.03.2023 11:46
Aa
dəq

Laçın Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının və sükan yolunun, perronun, terminal və köməkçi binalarının tikintisi üçün layihəyə uyğun torpaq qazma işləri aparılır və bu işlərin 37 %-i icra edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Bundan başqa, onun sözlərinə görə, Bərdə-Ağdam dəmiryol xəttinin də bir hissəsi hazırdır: "Ümumi uzunluğu 47 km olan yolda işlərin 66 %-i icra edilib".

"İşğaldan azad edilmiş ərazilərdə 18 avtomobil yolu da çəkilir. Onların ümumi uzunluğu 2 200 km-dir. Həmin yolların bir qisminin bu il istismara verilməsi nəzərdə tutulur", - deyə nazir müavini əlavə edib.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu