Əsas məzmuna keç

Küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb

Küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb

Küləkli noyabrın 6-sı səhər saatlarınadək davam edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakıda və yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, və Lerikdə 15 m/s təşkil edir:

"Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən küləyin güclənəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san təşkil gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur".

Xidmət rəsmisi bildirib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proznozlarını diqqətlə izləməli, müvafiq təhlükəsizlik qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.

Hava proqnozu

11° Bakıda indiYüngül yağış
  1. Bu gün Arabir yağış 14° 11° yağış 80%
  2. Sabah Arabir yağış 17° 13° yağış 73%
  3. Birisi gün Arabir yağış 14° 11° yağış 83%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…