Operativ Məlumat Mərkəzi

KTMT Mərkəzi Asiyada hərbi təlimlər keçirəcək

1 dəq
Paylaş:
KTMT Mərkəzi Asiyada hərbi təlimlər keçirəcək
bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan deyib. O qeyd edib ki, Rusiya Avrasiya...

Yaxın həftələrdə Mərkəzi Asiya ölkələrində regionda sabitliyin qorunmasına yönəlmiş bir sıra hərbi təlimlər keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan deyib.

O qeyd edib ki, Rusiya Avrasiya məkanında sabitliyin qorunmasına cavabdeh olan hərbi-siyasi ittifaqların potensialını gücləndirmək üçün səylərini davam etdirir.

“Xüsusilə Əfqanıstandakı vəziyyət nəzərə alınmaqla, Mərkəzi Asiya regionunda sabitliyin qorunması məqsədilə Qazaxıstan, Qırğızıstan və Tacikistan ərazisində silsilə hərbi təlimlərin keçirilməsi planlaşdırılır”, - M.Aqasandyan bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər