Pakistanın Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi ilə İran Xarici İşlər Nazirliyinin nazir köməkçisi, Cənubi Asiya üzrə baş direktoru arasında görüş keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə IRNA agentliyi İslamabaddan məlumat yayıb.
Məlumata görə, tərəflər regionda cərəyan edən son hərbi-siyasi prosesləri və təhlükəsizlik məsələlərini ətraflı müzakirə ediblər.
Görüşdə Əfqanıstandakı mevcut vəziyyət, regional sabitliyin təmin olunması, eləcə də İslamabad və Tehran arasında təhlükəsizlik sahəsində kooperasiyanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.