Son dəqiqə qolu vuran futbolçu zəlzələdə dünyasını dəyişdi

Son dəqiqə qolu vuran futbolçu zəlzələdə dünyasını dəyişdi
18.02.2023 09:51
Aa
dəq

“Hatayspor”un futbolçusu Kristian Atsu Hatay vilayətində baş verən zəlzələdə ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qanalı hücumameylli yarımmüdafiəçinin agenti Murat Uzunmehmet məlumat verib. O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını deyib.

“Hatayspor”un meneceri Fatih İlekin sözlərinə görə, afrikalı futbolçu qış fasiləsində komandadan ayrılmaq üçün baş məşqçi Volkan Demireldən icazə istəyib.

O, Atsunun gedişinə icazə verdikdən sonra futbolçu ölkəni tərk etmək üçün təyyarəyə bilet alıb:

“Zəlzələdən 5 saat əvvəl uçmalı idi. Amma 23-cü turda “Kasımpaşa”ya qol vurduqdan sonra fikrini dəyişdi və Hatayda qalmağa qərar verdi”.

Daha əvvəl “Hatayspor”un qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül zəlzələ zamanı vəfat edib.

Kristian Atsu karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, “Everton” və “Nyukasl” klublarında çıxış edib.

Həftənin ən çox oxunanları

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Zirə”yə qalib gəlib

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Zirə”yə qalib gəlib
DAVAMIN OXU davamın oxu

Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
DAVAMIN OXU davamın oxu

PSJ baş məşqçisi ilə bağlı qərar verib

PSJ baş məşqçisi ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

İbrahim Şehiç millidəki karyerasını bitirib

İbrahim Şehiç millidəki karyerasını bitirib
DAVAMIN OXU davamın oxu

“Qəbələ” “Səbail”i məğlub edib

“Qəbələ” “Səbail”i məğlub edib
DAVAMIN OXU davamın oxu