Əsas məzmuna keç

Kreml S-400-lərin Türkiyədən köçürülməsi barədə danışıb

Kreml S-400-lərin Türkiyədən köçürülməsi barədə danışıb

Dmitri Peskov bildirib ki, Türkiyədəki S-400 zenit-raket komplekslərinin köçürülməsi məsələsi gündəmdədir və bununla bağlı təmaslar davam edir.

en ru

Türkiyədə S-400 zenit-raket komplekslərinin başqa ölkəyə köçürülməsi məsələsi Rusiyanın gündəliyindədir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi açıqlayıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı müvafiq iş aparılır və tərəflər arasında əlaqələr davam etdirilir.

“Belə bir məsələ gündəmdədir, müvafiq iş aparılır və uyğun təmaslar həyata keçirilir”, – Kreml nümayəndəsi deyib.

Türkiyənin naziri daha əvvəl bildirib ki, Ankara S-400 komplekslərinin reeksportu ilə bağlı bütün tərəflərlə danışıqları davam etdirir.

Rusiya xarici işlər naziri isə daha əvvəl Moskvanın S-400 sistemlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə razı ola biləcəyini açıqlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…