Rusiya və ABŞ nümayəndə heyətləri arasında bu həftə hər hansı görüşün keçirilməsi planlaşdırılmır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, hazırda danışıqlarla bağlı hər hansı konkret təfərrüat mövcud deyil, lakin Rusiya diplomatik təmaslara açıq qalır.
Kremlin nümayəndəsi Rusiya–ABŞ nümayəndə heyətlərinin sülh danışıqları çərçivəsində görüşüb-görüşməyəcəyi ilə bağlı suala cavabında deyib:
“Hələ yox. Bizimlə danışıqlarla bağlı hələlik konkret təfərrüatlar yoxdur”.
Xatırladaq ki, 23 noyabrda ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun Ukrayna münaqişəsinin həllinə dair Moskva tərəfindən çoxlu sayda yazılı qeyri-rəsmi sənəd aldığını açıqlamışdı. Onun sözlərinə görə, tərəflər arasında şifahi təmaslar da baş tutub.