“Yuventus”un və İtaliya millisinin sabiq çalışdırıcısı Antonio Konte “Napoli”nin baş məşqçisi postuna təyin olunarsa, ildə ən azı 8 milyon avro almaq istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Tutto Napoli" məlumat yayıb.
Mənbənin məlumatına görə, millinin sabiq çalışdırıcısı 3 illik müqavilə gözləyir.
Qeyd edilir ki, Konte "Napoli"nin prezidenti Aurelio De Laurentisin prioritet variantıdır. Alternativ variant isə bu il iyunun sonunda Marseldən ayrılan xorvatiyalı mütəxəssis İqor Tudordur.