Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxacaq

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxacaq
24.06.2024 15:25
Aa
dəq

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 24-də Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılaraq Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də saat 10:00-a təyin edilmiş iclasında baxılacaq.

 

Həftənin ən çox oxunanları

Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldılıb

Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldılıb
DAVAMIN OXU davamın oxu

İlin sonuna kimi Xocavəndə 53 ailə köçürüləcək

İlin sonuna kimi Xocavəndə 53 ailə köçürüləcək
DAVAMIN OXU davamın oxu

Azad edilmiş ərazilərdə bir sıra investisiya layihələrinin həyata keçirilməsi təklif edilib

Azad edilmiş ərazilərdə bir sıra investisiya layihələrinin həyata keçirilməsi təklif edilib
DAVAMIN OXU davamın oxu

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - SİYAHI

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - SİYAHI
DAVAMIN OXU davamın oxu