Əsas məzmuna keç

Konstitusiya Məhkəməsi: Borc qaydası dəyişdi

Konstitusiya Məhkəməsi: Borc qaydası dəyişdi

Ali məhkəmə orqanı kredit öhdəlikləri ilə bağlı yeni qərarını açıqladı. Vətəndaşları və bank sektorunu maraqlandıran dəyişikliyin detalları məlum olub.

ru en

müqaviləsi və onun şərtləri tərəflərin hər hansı yazılı sübutlara istinad etməsi ilə təsdiqlənməlidir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında qərar qəbul edilib.

Belə ki, Apellyasiya Məhkəməsinin müraciəti əsasında Məcəllənin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb. Qərara əsasən, Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş "başqa hal"a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Milli Məclisə tövsiyə olunub.

Qərarda həmçinin vurğulanıb ki, məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.

Bundan başqa, qərar mülki dövriyyənin sabitliyinin təmin olunması üçün fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə də şamil ediləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…