Əsas məzmuna keç

Kolumbiya Prezidenti İsrail diplomatik heyətini ölkədən çıxardı

Kolumbiya Prezidenti İsrail diplomatik heyətini ölkədən çıxardı

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilb ki, Petro baş verənləri beynəlxalq cinayət kimi qiymətləndirib. O həmçinin iki kolumbiyalı qadının...

Prezidenti Gustavo İsrail qüvvələrinin Qəzzaya yola çıxan donanmanı beynəlxalq sularda ələ keçirməsindən sonra ölkədəki İsrail diplomatik heyətini ölkədən çıxarıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilb ki, Petro baş verənləri beynəlxalq cinayət kimi qiymətləndirib.

O həmçinin iki kolumbiyalı qadının beynəlxalq sularda həbs olunmasını pisləyib.

Qeyd edək ki, Kolumbiya İsraillə diplomatik əlaqələrini 2024-cü ildə kəsmişdi. Lakin AFP-yə danışan bir mənbəyə görə, ölkədə hələ də diplomatik statusa malik dörd israilli var idi.

Bu şəxslərin ölkədən çıxarılması ilə Kolumbiya-İsrail münasibətlərində gərginlik yeni mərhələyə keçib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…