Əsas məzmuna keç

KİV: Suriya və İsrail nümayəndələri Bakıda görüşəcək

KİV: Suriya və İsrail nümayəndələri Bakıda görüşəcək

Gələn həftənin cümə axşamı Bakıda Suriya və İsrail arasında təhlükəsizlik görüşü keçiriləcək. Bu barədə “Sky News Arabia” məlumat yayıb. ABŞ-ın “Axios”...

Gələn həftənin cümə axşamı Bakıda və İsrail arasında təhlükəsizlik görüşü keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

ABŞ-ın “Axios” nəşri isə xəbər verib ki, İsrail Suriyaya yeni təhlükəsizlik sazişi layihəsi təqdim edib.

Layihədə Dəməşqdən İsrail sərhədinədək cənub-qərb istiqamətində xüsusi bölgülər nəzərdə tutulub.

İki mənbənin bildirdiyinə görə, bu plan İsrail və Misir arasında 1979-cu ildə imzalanan sazişinə əsaslanır. Həmin sənəd Sinay yarımadasını “A, B, C” zonalarına bölərək, müxtəlif təhlükəsizlik rejimləri və silahlanma səviyyələri müəyyənləşdirmişdi.

Yeni təklifə görə, Dəməşqin cənub-qərbindən İsrail sərhədinədək olan ərazi üç zonaya bölünəcək. Hər zonada Suriyaya müəyyən miqdarda hərbi qüvvə və silah saxlamağa icazə veriləcək. Sənəd həmçinin Suriya tərəfindəki bufer zonanın əlavə 2 kilometr genişləndirilməsini nəzərdə tutur.

Əvəzində İsrail Suriyada ərazilərindən mərhələli şəkildə təklif edib.

Lakin İsrail strateji əhəmiyyətli Şeyx dağı zirvəsindəki mövqelərini saxlamaqda israr edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…