Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Starmer Merz ilə Ukrayna danışıqlarını müzakirə etməyi planlaşdırır

2 dəq
Paylaş:
Starmer Merz ilə Ukrayna danışıqlarını müzakirə etməyi planlaşdırır

Böyük Britaniyanın Kir yaxın günlərdə Almaniya kansleri Fridrix Merz və Fransa prezidenti Makron ilə münaqişəsinin nizamlanması məqsədilə Rusiya ilə mümkün danışıqlar planlarını müzakirə planlaşdırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, “Avropa üçlüyü”nün (Böyük Britaniya, Almaniya və Fransa) liderləri Moskva və Kiyevin iştirakı ilə danışıqların keçirilməsi imkanını nəzərdən keçirirlər və bu məsələni artıq Ukrayna tərəfi ilə müzakirə ediblər.

Qeyd olunub ki, Avropadakı müttəfiqlər bu təşəbbüslə çıxış ediblər, çünki onlar Rusiyanın yeni hücumlarından və qarşıdakı qış mövsümündə Ukraynanın enerji infrastrukturuna təzyiqin artmasından ehtiyat edirlər.

Daha əvvəl "Le Monde" qəzeti yazmışdı ki, Fransa tərəfindən təşviq edilən Avropa ölkələri ABŞ-nin Ukrayna münaqişəsindən yorulduğu bir vaxtda Rusiya ilə dialoqu bərpa etmək imkanları axtarırlar.

Nəşr qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron, Moskva ilə əlaqələri yenidən qurmaq niyyətini dəfələrlə bəyan etsə də, artıq bu mövqeyi müdafiə edən yeganə lider deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax