ABŞ-nin hərbi və siyasi rəhbərliyi İrana qarşı tammiqyaslı hərbi əməliyyatların bərpasını istəmir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Al Monitor" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb .
Portalın məlumatına görə, Vaşinqton hərbi əməliyyatları bərpa etməklə məqsədlərinə çatmaq üçün heç bir perspektiv görmür.
Qeyd olunub ki, Ağ Ev münaqişənin diplomatik həllini axtarır və eyni zamanda Tehrana iqtisadi təzyiqi artırır.
ABŞ prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonla Tehran arasında danışıqların uğurla davam etdiyini və razılaşmanın gələn həftəsonu əldə edilə biləcəyini bildirmişdi.