Operativ Məlumat Mərkəzi

Kim Kardaşyan 12 yaşlı qızına görə tənqid atəşinə tutuldu

2 dəq
Paylaş:
Kim Kardaşyan 12 yaşlı qızına görə tənqid atəşinə tutuldu

Model və realiti-şou ulduzu Kim Kardaşyan 12 yaşlı qızı Nort Vestə pirsinq etdirdiyinə görə sosial şəbəkə istifadəçilərinin tənqidinə məruz qalıb.

“Operativ Məlumat Mərkəzi – OMM” “Daily Mail”ə istinadən xəbər verir ki, müzakirələr Nort Vestin “Instagram”da paylaşdığı videodan sonra başlayıb.

Videoda Kim Kardaşyan və Kanye Westin qızı uzun mavi pariklə poza verir. O, kirpik uzatma, kontur, ənlik və qəhvəyi parıltılı makiyajla yanaşı, pirsinqli görüntüsü ilə diqqət çəkib. Nort Vestin ağ köynək, boz şalvar və parıldayan kulonlu boyunbağı taxdığı da kadrlarda əks olunub.

Paylaşım internet istifadəçiləri arasında narazılığa səbəb olub. Bir çoxları Kim Kardaşyanı azyaşlı qızının görünüşünə yol verdiyinə görə sərt tənqid edib. Daily Mail oxucuları şərhlərində “Nort cəmi 12 yaşındadır, amma özünü 30 yaşında kimi aparır”, “Kim dəhşətli anadır, uşaqları sadəcə aksesuar və gəlir mənbəyidir” kimi fikirlər səsləndiriblər.

Qeyd edək ki, Nort Vest daha əvvəl də sosial şəbəkələrdəki paylaşımları ilə geniş müzakirələrə səbəb olub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər