Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

8 yaşlı qız "beyin yeyən amöb"dən öldü

2 dəq
Paylaş:
8 yaşlı qız "beyin yeyən amöb"dən öldü

ABŞ-nin Luiziana ştatında 8 Smart nadir rast gəlinən " " infeksiyasına yoluxduqdan sonra həyatını itirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Ailəsinin bildirdiyinə görə, Lillian həftəsonu “beyin yeyən amöb” kimi tanınan mikroorqanizmin yaratdığı infeksiya nəticəsində dünyasını dəyişib.

Həkimlər onun beynində yaranan zədələrin bədəninin sağalması üçün çox ağır olduğunu bildiriblər.

Luiziana Səhiyyə Departamenti infeksiyanın böyük ehtimalla qızın ştatın şimalındakı gölündə çimərkən yoluxduğunu açıqlayıb.

Qeyd olunub ki, ABŞ-də bu infeksiya olduqca nadir hesab olunur. 1937-2025-ci illər arasında ölkə üzrə təxminən 180 təsdiqlənmiş yoluxma qeydə alınıb və xəstəlik insandan insana keçmir.

"Naeqleria fovleri" əsasən isti şirin sularda - göllər, çaylar, kanallar və gölməçələrdə yaşayır. Mikroorqanizm xüsusilə suyun temperaturu təxminən 25°C-dən yuxarı olduqda aktivləşir.

Luiziana Səhiyyə Departamenti ştatda 2013-cü ildən bəri ilk təsdiqlənmiş "Naeqleria fovleri" infeksiyasının qeydə alındığını açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə