Operativ Məlumat Mərkəzi

"Aİ Qrenlandiyanın ABŞ iddialarından qorunmasına zəmanət verməlidir"

2 dəq
Paylaş:
"Aİ Qrenlandiyanın ABŞ iddialarından qorunmasına zəmanət verməlidir"

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Avropa İttifaqını Qrenlandiya ilə bağlı mövqe nümayiş etdirməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi – OMM” RTL radiosuna istinadən xəbər verir ki, Tajani ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi açıqlamalara diqqət çəkərək, Avropanın Danimarkaya məxsus ərazinin suverenliyini qorumasının vacibliyini vurğulayıb.

“Tramp Qrenlandiya barədə çoxsaylı bəyanatlar verib. Buna görə də onun əsl niyyətlərinə ciddi yanaşmalıyıq. Avropa İttifaqı mövqe tutmalı və Danimarka Tacının bir hissəsi olan bu ərazinin müstəqilliyinə zəmanət verməlidir”, – deyə Tajani bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Avropa İttifaqının müdafiə məqsədləri üçün ABŞ-dən Qrenlandiyaya sahib olmağı tələb etdiyini iddia edib. O, həmçinin Çin və Rusiya gəmilərinin artıq Danimarkaya məxsus ada ətrafında fəallıq göstərdiyini qeyd etmişdi.

Qrenlandiya ilə bağlı bu açıqlamalar ABŞ və Avropa arasında yeni siyasi müzakirələrə səbəb olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər