ivanın şiə təşkilatı “Hizbullah” ölkədəki siyasi vəziyyətlə bağlı ehtimalları açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə təşkilatın siyasi şurasının sədr müavini Mahmud Kummati “Vesti”yə müsahibəsində danışıb.
O bildirib ki, “Hizbullah” hazırda Livan hökumətinə qarşı səbirli mövqe sərgiləyir, lakin vəziyyətin gedişatı bütün ssenariləri mümkün edir.
Kummati qeyd edib: “Düzünü desəm, bütün variantlar mümkündür”.
Onun sözlərinə görə, təşkilat hökumətin qərarlarına və ABŞ da daxil olmaqla xarici təsirlərə qarşı hazırda səbirli davranır.
Lakin o əlavə edib ki, gələcəkdə siyasi proseslərin inkişafından asılı olaraq müxtəlif ssenarilər istisna edilmir.
Xatırladaq ki, martın 2-də Livan hökuməti “Hizbullah”ın ölkə daxilində silahlı fəaliyyətinə qadağa qoyub.
Baş nazir Nəvaf Salam təşkilatdan silahlarını Livan ordusuna təhvil verməyi və fəaliyyətini yalnız siyasi çərçivə ilə məhdudlaşdırmağı tələb edib.
Qərarın “Hizbullah”ın Şimali İsrailə atəş açması və bölgədə yeni hərbi gərginlik yaratmasından sonra qəbul edildiyi bildirilib.