Əsas məzmuna keç

Çin Hörmüz boğazında gərginliyi azaltmağa çağırış etdi

Çin Hörmüz boğazında gərginliyi azaltmağa çağırış etdi

Qo Ciakun Donald Trampın hədələrindən sonra Pekinin mövqeyini yaydı. İrana hava hücumundan müdafiə sistemləri veriləcək? ABŞ-la gərginlikdə son durum burada:

en ru

artan gərginlik fonunda tərəfləri sakitliyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Ciakun mətbuat konfransında bildirib.

O qeyd edib ki, Çin hərbi ixrac məsələsində həmişə ehtiyatlı və məsuliyyətli mövqe sərgiləyib.

Bu açıqlama Prezidenti Trampın boğazını dənizdən blokadaya almaqla bağlı hədələrindən sonra səsləndirilib.

Məlumata görə, ABŞ-İran danışıqlarının uğursuzluğundan sonra regionda gərginlik artıb.

CNN telekanalı isə bildirib ki, ABŞ kəşfiyyat məlumatlarına əsasən, Pekin yaxın həftələrdə İrana yeni hava hücumundan müdafiə sistemləri göndərməyə hazırlaşır.

Çin rəsmisi vurğulayıb ki, bütün tərəflər təmkinli davranmalı və vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməlidir.

Onun sözlərinə görə, Hörmüz boğazının təhlükəsiz, sabit və maneəsiz qalması beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Qo əlavə edib ki, Çin təhlükəsizliyinin təmin olunması üçün bütün tərəflərlə əməkdaşlığa hazırdır.

O, həmçinin ABŞ-İran danışıqlarının başlanmasını müsbət addım kimi qiymətləndirərək tərəflərin atəşkəsə əməl edəcəyinə ümid etdiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…