Əsas məzmuna keç

ABŞ İran nefti sanksiyalarını pozanları məhkəməyə verəcək

ABŞ İran nefti sanksiyalarını pozanları məhkəməyə verəcək

Todd Blançe yanacaq qadağasını pozanların məhkəməyə veriləcəyini açıqladı. Ədliyyə Nazirliyinin Hörmüz boğazı və gəmilərlə bağlı yeni qərarı nədən ibarətdir?

en ru

İran ilə bağlı sanksiyaları pozan tərəflərə qarşı sərt mövqe nümayiş etdirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, ABŞ-nin Baş prokuroru vəzifəsini icra edən Blançe bu barədə açıqlama verib.

O bildirib ki, ABŞ Ədliyyə Nazirliyi sanksiyalara məruz qalan İran neftini alan və ya satan bütün tərəflərə qarşı hüquqi tədbirlər görəcək.

Blanche “X” platformasında yazdığı paylaşımda qeyd edib: “Ədliyyə Nazirliyi sanksiya tətbiq edilmiş İran neftini alan və ya satan hər kəsi qətiyyətlə məhkəməyə verəcək”.

Bundan əvvəl ABŞ ordusunun aprelin 13-də İran limanlarını blokadaya alacağı, lakin limanlara daxil olmayan və ya çıxmayan gəmilərin boğazından keçməsinə mane olmayacağı açıqlanmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…