Pakistanın Kəraçi şəhərində təsirini artıran həddindən artıq istilər nəticəsində son 24 saatda 14 nəfər həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Pakistanın bəzi bölgələrində havanın temperaturu 53 dərəcəni göstərərkən, Kəraçidə termometrlər yüzdə 76 rütubətlə 45 dərəcəni keçib.
Son 60 ilin ən rütubətli dövründən sonra Pakistanın meteoroloji səlahiyyətliləri insanlara vacib hallar istisna olmaqla, evlərini tərk etməmələri, bol maye içmələri və səyahət etməmələri barədə xəbərdarlıq edib.
Kəraçidə həddindən artıq istilər nəticəsində son 24 saatda 14 nəfər ölüb
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
Kaliforniyada uşaqların internet və süni intellekt istifadəsinə məhdudiyyətlər artırılır
Növbəti xəbər yüklənir…