Əsas məzmuna keç

“Kəpəz”in futbolçusu bıçaqlanıb – şübhəli şəxs axtarılır

“Kəpəz”in futbolçusu bıçaqlanıb – şübhəli şəxs axtarılır

Gəncədə Veysəl Rzayevə qanlı hücum: 24 yaşlı idmançı ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. DİN cinayətkarın tutulması üçün əməliyyata başladı. Şok təfərrüatlar...

en ru

Gəncə təmsilçisi “” futbol klubunun 24 yaşlı oyunçusu Veysəl Rzayev bıçaq xəsarəti alıb.

Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, şəhər sakini, 2002-ci il təvəllüdlü V. Rzayev şəxsi mübahisə zəminində bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu qeyd olunur.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…