"Kəpəz"in futbolçusu: "Sabah"dan çəkinmirik"

"Kəpəz"in futbolçusu: "Sabah"dan çəkinmirik"
03.03.2023 16:36
Aa
dəq

"Rəqib güclü komandadır, amma onlardan çəkinmirik".

"Operativ Məlumat Mərkəzi-OMM"-in  məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Yusif Nəbiyev "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

25 yaşlı müdafiəçi qarşılaşmanın çətin olacağını bildirib: "Hazırlıq yaxşı əhval-ruhiyədə gedir. Görüşə motivasiya ilə hazırlaşırıq. Çünki ardıcıl iki matçlıq uğurlu seriyamız var. Öz oyunumuzu göstərmək niyyətindəyik. Ən azından xalla qayıtmaq istəyirik. Qələbə qazanmaq isə lap yaxşıdır. Amma bir xalı da nəticə hesab etmək olar. Çünki "Sabah" güclü rəqibdir".

Nəbiyev paytaxt təmsilçisi ilə Gəncədəki matçı da xatırlayıb: "Həmin görüş ağır keçdi. 2:1 öndə olsaq da, qələbəni əldən vermişdik. Öz meydanımızda iki xal itirdiyimizi deyə bilərəm. Bakıda bunun əvəzini çıxmağa çalışacağıq. Oyuna tam ciddi şəkildə hazırlaşırıq".

O, azarkeşlərin daim dəstəyinə ehtiyaclarının olduğunu diqqətə çatdırıb: "Onların tribunada olması böyük üstünlükdür. Səfərə gələcəklərinə və bizə dəstək olacaqlarına inanıram. Həmişə fanatların yanımızda olmasını istəyirik".

Qeyd edək ki, martın 4-də oynanılacaq "Kəpəz" - "Sabah" qarşılaşması saat 18:30-da başlayacaq.

Həftənin ən çox oxunanları

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb
DAVAMIN OXU davamın oxu

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu