Kanadada 2022-ci ildə məscidə balta və gözyaşardıcı qazla hücum edən şəxs həbs cəzasına məhkum edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, sözügedən şəxs 8 il müddətində azadlıqdan məhrum olunacaq.
Cinayətkar, 24 yaşlı Mohammad Maiz Omarın, məhkəmənin gedişatında kütləvi zərər vermə və müsəlmanları qorxutma niyyətində olduğu, həmçinin islam dininin daşıyıcılarına qarşı böyük nifrət hissinin mövcudluğu vurğulanıb.
Omarın saxlanıldığı müddət nəzərə alınaraq daha 5 il həbs olunacağı, eyni zamanda qeyd olunan müddətin yarısında təxliyyə oluna biləcəyi bildirilib.