Əsas məzmuna keç

Azərbaycanlı şəxs Yunanıstanda casusluğa görə 7 il həbs edildi

Azərbaycanlı şəxs Yunanıstanda casusluğa görə 7 il həbs edildi

Kritdəki Souda hərbi bazasına dair məxfi görüntülər toplayan şəxs 7 il azadlıqdan məhrum edildi. ABŞ və NATO-nu narahat edən casusun kompüterindən nə tapıldı?

en ru

məhkəməsi 27 yaşlı vətəndaşını ittihamı ilə yeddi il bir ay müddətinə azadlıqdan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, azərbaycanlı ötən ilin iyun ayında Yunanıstan polisi və kəşfiyyat xidmətlərinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Ona Yunanıstan, ABŞ və NATO üçün strateji əhəmiyyət daşıyan Souda dəniz bazasında casusluq etmək şübhəsi ilə ittiham irəli sürülüb.

İstintaq zamanı müəyyən olunub ki, Polşada müvəqqəti yaşayış icazəsi olan şəxs ilk dəfə 2025-ci ilin yanvarında Yunanıstana gəlib və iyunun ortalarından etibarən Krit adasının qərbində Xaniya bölgəsindəki hərbi bazaya baxan oteldə qalıb.

Polis mənbələrinin bildirdiyinə görə, o, dövlət sirri hesab olunan hərbi məlumatları, o cümlədən hərbi obyektlərin foto və videolarını toplayaraq xarici dövlətlərə ötürməkdə ittiham olunur.

Məhkumun vəkili isə bildirib ki, onun casusluq niyyəti olmayıb və sadəcə hamı üçün əlçatan olan ərazinin görüntülərini çəkib.

Onun otel otağından yüksək dəqiqlikli videokamera, USB yaddaş qurğuları və digər məlumat daşıyıcılarının götürüldüyü bildirilir.

Mənbələrin məlumatına görə, polis onun kompüterində şifrələmə proqramı da aşkarlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…