Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kamran Əliyev İCMP rəhbəri ilə itkin düşənləri müzakirə etdi

2 dəq
Paylaş:
Kamran Əliyev İCMP rəhbəri ilə itkin düşənləri müzakirə etdi

Kamran Əliyev Azərbaycanda səfərdə olan İtkin düşmüş şəxslər üzrə Komissiyanın (İCMP) Baş direktoru Katrin Bombergerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, görüşdə Kamran Əliyev Baş Prokurorluqla Komissiya arasında 2023-cü ildən səmərəli əlaqələrinin formalaşdığını qeyd edib.

Vurğulanıb ki, komissiyanın fəaliyyəti xüsusilə həssas mövzu ilə əlaqədardır və itkin düşmüş şəxslərlə bağlı müvafiq məlumat mübadiləsinin təmin edilməsi zərərçəkmiş şəxslərin ailələrinin hüquqları baxımından olduqca vacibdir. Bu mövzu İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə əhatə olunur.

Bundan sonra Kamran Əliyev qarşı tərəfə işgəncələrə məruz qalaraq öldürülüb kütləvi məzarlıqlarda basdırılmış şəxslərin yerinin müəyyən edilməsi, həmçinin aşkar edilmiş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.

Qəbula görə minnətdarlıq ifadə edən Katrin Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumatların toplanması və mübadiləsi işinin yüksək səviyyədə təşkil edilməsini qeyd edib, mövcud əməkdaşlıq səviyyəsindən razılıq bildirib.

Qonaq tərəf, həmçinin yeni hazırlanmış İtkin düşmüş şəxslərlə bağlı Məlumat İdarəetmə Sistemi barədə məlumat verib, sistemin imkanları və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsinə dair razılıq əldə edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax