Kamerunun Şimal-Qərb bölgəsində qadağan olunmuş öskürək siropundan altı uşaq ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İctimai Səhiyyə Nazirliyinin Şimal-Qərb Bölgəsi üzrə nümayəndəsi Kingsley Che Soh verdiyi açıqlamada 6 uşağın qadağan olunmuş öskürək siropundan istifadə edərək öldüyünü təsdiqləyib.
Siropun böyrəklərə ciddi ziyan vurduğunu bildirən Soh, ötən ay Cənub-Qərb bölgəsində 3 uşağın ölümündən sonra dərmanın istifadəsinin qadağan edildiyini bildirib.
Soh, siropu olanları dərhal dərmanı məhv etməyə çağırıb.