Əsas məzmuna keç

Kamçatka yaxınlığında iki zəlzələ baş verdi

Kamçatka yaxınlığında iki zəlzələ baş verdi

Rusiya ərazisindəki yarımadada ard-arda qeydə alınan təkanlar əhali arasında təşvişə səbəb olub. Sakit okean hövzəsindəki yeraltı təkanların miqyası açıqlandı.

en ru

Kamçatka sahillərində 6,0 və 5,7 maqnitudalı iki zəlzələ qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” Elmlər Akademiyasının (REA) Vahid Geofizika Xidmətinə istinadən xəbər verir ki, hər iki zəlzələ iyulun 15-də altı dəqiqə fasilə ilə baş verib.

Qeyd olunur ki, təkanların episentrləri Petropavlovsk-Kamçatskdan cənub-şərqdəki akvatoriyada yerləşib.

6,0 maqnitudalı ilk zəlzələ şəhərdən 210 km aralıda, 64,6 km dərinlikdə qeydə alınıb. 5,7 maqnitudalı ikinci yeraltı təkan Petropavlovsk-Kamçatskdan 206 km aralıda, 72 km dərinlikdə baş verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…