Əsas məzmuna keç

Qonşu ölkədə güclü ZƏLZƏLƏ

Qonşu ölkədə güclü ZƏLZƏLƏ

Türkiyənin Malatya bölgəsində baş verən yeraltı təkanlar ətraf şəhərlərdə də hiss olunub. Seysmoloji vəziyyət və dağıntılar barədə son məlumatlar burada.

en ru

Son yeniləmə · İlk xəbər ↓

Türkiyənin Şanlıurfa vilayətində baş verən 5,4 maqnitudalı zəlzələdən sonra Diyarbakırda bəzi yollarda çatlar əmələ gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Şanlıurfanın Karaköprü rayonunda 7,39 km dərinlikdə qeydə alınan zəlzələ ətraf şəhərlərdə də hiss olunub.

təkandan sonra Diyarbakırda bəzi yollarda çatların əmələ gəldiyi müşahidə edilib.

Şanlıurfa valisi Hasan Şıldak insan təlafatının olmadığını açıqlayıb.

İlk xəbər · Son yeniləmə ↑

Türkiyənin Şanlıurfa vilayətində 5,4 maqnitudalı zəlzələ olub.

“Operativ Məlumat Mərkəzi-OMM” "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) "X" hesabında məlumat yayıb.

Məlumata görə, zəlzələ Qaziantep, Şanlıurfa, Elazığ, Malatya və Diyarbəkirdə hiss edilib.

Zəlzələ ocağı 7,39 kilometr dərinlikdə olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…