Əsas məzmuna keç

Kallas: Aİ Suriyadan müsbət siqnallar görür

Kallas: Aİ Suriyadan müsbət siqnallar görür

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Suriyadan siqnallar görür, lakin vəziyyətin kifayət qədər qeyri-müəyyən olduğunu qeyd edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu barədə xarici KİV-ə müsahibəsində deyib.

"Hərəkətlərin sözlərə uyğun olub-olmayacağını tezliklə görəcəyik. Suriyanın gələcəyi indi ümidvericidir, lakin hələ də qeyri-müəyyəndir. Radikalizm və ya terrora yer olmamalıdır, azlıqlara hörmət lazımdır və vətəndaş müharibəsinə yol verilməməlidir", - deyə diplomat bildirib.

Onun sözlərinə görə, Aİ-nin münasibəti və reaksiyası bir sıra şərtlərlə müəyyən edilir və hazırda prioritet yeni hökuməti tanımaq deyil, ölkənin hansı istiqamətdə hərəkət etdiyini anlamaqdır.

Kallas qeyd edib ki, çoxlu qaçqınlar könüllü olaraq Suriyaya qayıtmağa başlayıblar və bu da müsbət haldır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…