“Krasnodar”ın baş məşqçisi Murad Musayev “Qababağ”lı həmkarı Qurban Qurbanovla əlaqə saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rusiyalı çalışdırıcı onunla Kadi Borgeslə bağlı söhbət edib.
Bilindiyi kimi, braziliyalı vinger bu ilin iyulunda "Krasnodar"dan ayrılaraq, “Ferentsvaroş"a keçib. “Sambaçı” Macarıstan klubu ilə 3 illik müqavilə imzalayıb.
28 yaşlı oyunçu 2021-2023-cü illər ərzində "Qarabağ"da çıxış edib.
Ağdam təmsilçisinin 5 milyon avro qarşılığında satdığı legioner 2023/24 mövsümündə Rusiya klubunun heyətində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3 qolun ötürməsini edib.
Murad Musayev Qurban Qurbanovla danışığında ona Kadinin "Qarabağ"a dönüşünin gerçəkləşməməsinə görə təəssüflənməməyini deyib.