Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Netflix"ə 105 milyon ABŞ dolları məbləğində təzminat iddiası

3 dəq
Paylaş:
"Netflix"ə 105 milyon ABŞ dolları məbləğində təzminat iddiası

Hələ nümayişə çıxmamış Nikolas Keycin baş rol aldığı İkinci Dünya müharibəsi mövzusunda çəkilmiş triller filminin saxlanıldığı sərt diskin oğurlanması ilə bağlı "Netflix"ə qarşı 105 milyon ABŞ dolları məbləğində iddiası qaldırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, oğurluq hadisəsi "Netflix"in Los-Ancelesdəki ofisində baş verib.

Hadisə zamanı bir neçə sərt disk oğurlanıb. Onlardan birində 45 milyon dollar büdcə ilə çəkilən "Fortitude" adlı filminin nüsxəsinin olduğu bildirilib.

Filmin prodüser şirkəti itkiyə görə məsuliyyət daşıdığını iddia etdiyi yayım platformasına qarşı məhkəmə prosesinə başlayıb.

"Netflix" sözçüsü isə şirkətin sənaye standartlarına uyğun tədbirləri görülmədən təhvil verilən filmin itməsi riskini öz üzərinə götürdüyü barədə iddiaları təkzib edib.

Şirkət nümayəndəsi bildirib ki, "Netflix" filmin yayım hüquqlarına malik deyil, məzmunun təhlükəsizliyinə ciddi yanaşır və yaradıcı heyətə dəstək məqsədilə pirat platformaların izlənilməsi də daxil olmaqla zəruri addımlar atıb.

Bildirilir ki, "Netflix" filmin materiallarına maraq göstərdikdən sonra onun rəqəmsal nüsxəsini ötən ilin iyun ayında əldə edib. Daxili nümayişdən sonra faylların silinməsi barədə göstəriş verilsə də, oğurluq hadisəsi bundan əvvəl baş verib.

İddialara görə, "Netflix" hadisə ilə bağlı polis hesabatının hazırlanıb-hazırlanmadığı barədə məlumat verməyib və prodüserlərin tələbinə baxmayaraq Los-Anceles Polis Departamentini (LAPD) araşdırmaya cəlb etməyib.

Məhkəməyə təqdim olunan iddia ərizəsində qeyd olunur ki, hadisə filmin nümayiş strategiyasını və mükafat kampaniyalarını ciddi şəkildə təhlükə altına salıb, həmçinin 45 milyon dollarlıq investisiyanı və filmin kommersiya dəyərini riskə atıb.

Qeyd edək ki, Simon Westin rejissoru olduğu Londonda cərəyan edən casusluq filmində Nikolas Keyc ilə yanaşı Matthew Goode, Michael Sheen və Ben Kingsley də rol alırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax