Əsas məzmuna keç

Ağ Ev və ABŞ kəşfiyyatı arasında gərginlik: “CIA” və “FBI” etiraz edir

Ağ Ev və ABŞ kəşfiyyatı arasında gərginlik: “CIA” və “FBI” etiraz edir

Vaşinqtonda yeni böhran: Ağ Evin kəşfiyyat məlumatlarını vahid bazada toplamaq təşəbbüsü təhlükəsizlik xidmətlərində ciddi narahatlıq yaradıb.

en ru

qurumları ilə Ağ Ev arasında fikir ayrılığı yaranıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ağ Evin xarici kəşfiyyatçılar və xarici dövlətlərin maraqlarına xidmət edən şəxslərlə bağlı məlumatların vahid bazada toplanması təşəbbüsü ABŞ-nin aparıcı kəşfiyyat qurumlarının etirazına səbəb olub.

Məlumata görə, Milli Kəşfiyyat Direktoru Aparatı (ODNI) “CIA”, “FBI” və digər qurumlardan fəaliyyətində şübhəli bilinən, eləcə də nəzarətdə olan şəxslərlə bağlı məlumatların təqdim edilməsini istəyib. Bundan başqa, gələcəkdə ABŞ-nin maraqları üçün istifadə oluna biləcək potensial agentlər barədə məlumatların da vahid bazaya daxil edilməsi tələb olunub.

Bildirilir ki, əks-kəşfiyyat rəsmiləri bu təşəbbüsün operativ məxfiliyi təhlükə altına salacağını, minlərlə məlumatçının ifşa olunmasına və gizli əməliyyatların pozulmasına səbəb ola biləcəyini düşünürlər.

Ekspertlərin fikrincə, belə geniş məlumat bazasının yaradılması məlumat sızması və mümkün kiberhücumlar zamanı ABŞ tarixinin ən ciddi kəşfiyyat böhranlarından birinə yol aça bilər. Qeyd olunur ki, sözügedən məlumatların əksəriyyəti yüksək məxfilik rejimində saxlanılır və yalnız məhdud sayda əməkdaşın onlara çıxışı var.

Xatırladaq ki, ilə ABŞ kəşfiyyat qurumları arasında gərginlik yeni deyil. Onun ilk prezidentliyi dövründə də ilə bağlı araşdırmalar və “FBI”ın fəaliyyəti fonunda tərəflər arasında ciddi fikir ayrılığı yaşanmışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…