Əsas məzmuna keç

Tramp ABŞ Ali Məhkəməsinin qərarına etiraz etdi

Tramp ABŞ Ali Məhkəməsinin qərarına etiraz etdi

ABŞ Prezidenti Donald Tramp idxal məhdudiyyətlərini qanunsuz hesab edən Ali Məhkəmənin qərarından yararlanmağa çalışan ölkələri yüksək rüsumlarla hədələyib.

en ru

ABŞ Prezidenti bəzi məhdudiyyətlərinin qanunsuz olması barədə Ali Məhkəmənin çıxardığı qərara sərt reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağ Ev rəhbəri bu qərardan istifadə edərək ticarət üstünlüyü qazanmaq istəyən dövlətləri yeni və daha ağır iqtisadi sanksiyalarla hədələyib.

Xatırladaq ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi tərəfindən tətbiq edilən idxal rüsumlarının əsaslandığı fövqəladə iqtisadi səlahiyyətlər haqqında qanunun bu cür addımlara icazə vermədiyini təsdiqləyib.

bu qərarı "biyabırçı" adlandıraraq, ehtiyat planının olduğunu bəyan edib.

"Ali Məhkəmənin bu gülünc qərarı ilə "oynamaq" istəyən istənilən ölkə daha ağır nəticələrlə üzləşəcək. Xüsusilə uzun illər boyu ABŞ-ni iqtisadi cəhətdən istismar edən dövlətlər üçün rüsumlar əvvəlki razılaşmalardan qat-qat yüksək olacaq. İstehlakçılar ehtiyatlı olmalıdırlar".

Qeyd edək ki, Donald Tramp administrasiyası yerli istehsalı qorumaq məqsədilə bir çox xarici məhsullara qarşı proteksionist siyasət yürütməkdə davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…