Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yaponiya tankeri Hörmüz boğazından keçidini tamamladı

2 dəq
Paylaş:
Yaponiya tankeri Hörmüz boğazından keçidini tamamladı

hakimiyyəti tanker gəmisinin Hörmüz boğazıdan keçdiyini rəsmi olaraq təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, Fars körfəzində olan Yaponiya ilə əlaqəli bir gəmi Hörmüz boğazından keçərək bölgəni tərk edib və hazırda Yaponiyaya doğru hərəkət edir. Gəmidə üç Yaponiya vətəndaşının qeyd olunub.

Qurum vurğulayıb ki, Yaponiya bütün gəmilərinin bu strateji boğazdan sərbəst və təhlükəsiz keçməsi üçün İran tərəfinə təzyiq göstərməyə davam edəcək.

Məlumata görə, keçid edən gəminin hansı şirkətə məxsus olduğu açıqlanmayıb. Bununla yanaşı, daha əvvəl bəzi media qurumları onun Idemitsu Maru ola biləcəyini yazmışdı.

Bildirilib ki, gəmi uzun müddət sahillərində qalıb və səbəbləri ilə bağlı vəziyyət diqqət mərkəzində olub. Yaponiya tərəfi isə keçidin hər hansı ödəniş qarşılığında həyata keçirilmədiyini, diplomatik danışıqlar nəticəsində mümkün olduğunu qeyd edib.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin əsas keçid nöqtələrindən biridir və bölgədəki gərginlik səbəbindən tez-tez diqqət mərkəzində olur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax