Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail iki ildən sonra "Rəfah" sərhəd-keçid məntəqəsini yenidən açdı

2 dəq
Paylaş:
İsrail iki ildən sonra "Rəfah" sərhəd-keçid məntəqəsini yenidən açdı

İsrail hakimiyyəti Qəzza zolağının Misirlə sərhədində "Rəfah" məntəqəsini iki illik fasilədən sonra yenidən istifadəyə verib.

"Operativ Məlumat Mərkəzi-OMM" İsrail mediasına istinadən xəbər verir ki, hazırda məntəqədə texniki və yoxlamaları davam edir və ilkin sistemi qurulur.

Bu proses Misir tərəfi və terminalın Qəzza hissəsinə nəzarət edən Avropa İttifaqı (Aİ) missiyası ilə koordinasiya şəraitində həyata keçirilir.

İsrailin Fələstin mülki işləri üzrə məsul qurumu olan "COGAT" bildirib ki, bu addım atəşkəs çərçivəsinə və siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq atılıb. Hazırda keçidin açılması məhdud " mərhələ" kimi qiymətləndirilir.

"COGAT"-ın açıqlamasına əsasən, ilkin mərhələdə yalnız müharibə zamanı Qəzzanı tərk etmiş və əvvəlcədən İsrailin təhlükəsizlik təsdiqini almış fələstinlilərin anklava qayıtmasına icazə veriləcək. İsrail rəsmiləri qeyd ediblər ki, Misir tərəfi Qəzzadan çıxışların hələlik yalnız yaralılar, xəstələr və onları müşayiət edən yaxınları ilə məhdudlaşdırılmasını xahiş edib.

İsrailin "Haaretz" qəzetinin verdiyi məlumata görə, rəsmi Təl-Əviv keçid məntəqəsinin Qəzza tərəfində hərbi nəzarət postu qurmağı planlaşdırır, lakin Misir bu təşəbbüsə qarşı çıxır. Pilot mərhələ başa çatdıqdan sonra hər iki istiqamət üzrə gündəlik təxminən 150 nəfərin mütəşəkkil avtobus qrupları ilə keçidinə şərait yaradılacağı proqnozlaşdırılır.

Qeyd edək ki, "Rəfah" keçid məntəqəsi Qəzzanın İsrail ərazisindən keçməyən xarici dünyaya yeganə çıxış qapısıdır. Bu məntəqə 2024-cü ildən bəri davam edən müharibə və sərt məhdudiyyətlər səbəbindən bağlı qalmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax