Əsas məzmuna keç

İxrac xərclərinin qarşılanması üçün müraciət proseduru təsdiq olunub

İxrac xərclərinin qarşılanması üçün müraciət proseduru təsdiq olunub

İqtisadiyyat Nazirliyinin Kollegiyası "İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İqtisadiyyat Nazirliyinin Kollegiyası "İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası"nı təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, dəstək üçün ilə nazirliyə müraciət edilməlidir.

Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

- "İnzibati haqqında" Respublikası Qanununun 30.2-ci maddəsində nəzərdə tutulan məlumatlar;

- ərizə hüquqi şəxsin adından verildikdə hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədlər haqqında məlumatlar, habelə ərizəni nümayəndə imzaladıqda onun səlahiyyətini təsdiq edən sənəd haqqında məlumat;

- ərizəçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (bundan sonra - VÖEN);

- ərizəçinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bank və ya elektron pul təşkilatlarında (bundan sonra - bank) açılmış hesabının rekvizitləri;

- olunan malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə (XİF MN) kodu, adı, gömrük dəyəri;

- ixrac gömrük bəyannaməsinin sorğu nömrəsi;

- mənşə sertifikatının nömrəsi;

- ərizəçinin elektron poçt ünvanı və mobil telefon nömrəsi.

Bundan başqa, dəstəyin ödənilməsi haqqında inzibati akt qəbul edildiyi halda həmin inzibati aktın qəbul edildiyi tarixdən 30 gün müddətində dəstək Nazirlik tərəfindən ərizəçinin hesabına köçürülür.

Dəstəyin ödənilməsi və ya ödənilməsindən imtina haqqında inzibati aktın etibarsız sayılmasının, ləğv olunmasının əsasları və qaydası "İnzibati icraat haqqında" qanununun 65-ci, 67-69-cu maddələri ilə müəyyən olunur. Dəstək məbləği ödənildikdən sonra dəstəyin ödənilməsi haqqında inzibati akt etibarsız sayıldığı və ya ləğv olunduğu hallarda ödənilmiş dəstək məbləği ərizəçi tərəfindən qaytarılır.

Nazirlik dəstəyin ödənilməsi ilə bağlı daxil olmuş ərizə və ona əlavə olunan sənədlərdə göstərilən məlumatları araşdırmaq məqsədilə dövlət orqanlarına (qurumlarına) və banklara sorğular göndərə bilər.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…