Əsas məzmuna keç

Azərbaycanın Ermənistana ixrac etdiyi malların dəyəri açıqlandı

Azərbaycanın Ermənistana ixrac etdiyi malların dəyəri açıqlandı

Dövlət Statistika Komitəsi rəsmi rəqəmləri təqdim edib. İki ölkə arasında ticarət dövriyyəsindəki son vəziyyət və ixrac olunan məhsulların siyahısı ilə tanış olun.

en ru

Bu ilin yanvar-iyul aylarında Ermənistana 17 milyon 372 min dolları dəyərində mal edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Dövlət Gömrük Komitəsindən bildirilib.

7 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…