Əsas məzmuna keç

Azərbaycanın qeyri-neft ixracı 18%-dən çox artıb

Azərbaycanın qeyri-neft ixracı 18%-dən çox artıb

İqtisadiyyat Nazirliyi statistik göstəriciləri açıqladı: qeyri-neft sektorunda məhsul tədarükü kəskin yüksəldi. Bəs hansı sahələr büdcəyə daha çox gəlir gətirib?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 2,5 milyard dolları təşkil edib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Təkcə iyulda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 15,8 % çox - 384,8 milyon ABŞ dolları olub.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 123 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 26 % artaraq 261,8 milyon ABŞ dolları olub.

Məlumata görə, hesabat dövründə şəkərin dəyəri 2,6 dəfə, pambıq ipliyin ixrac dəyəri 81,9 %, bitki-heyvan mənşəli piy və yağların ixrac dəyəri 39,5 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 39,4 %, pambıq lifinin ixrac dəyəri 24,9 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 23,3 %, çayın ixrac dəyəri 19,5 %, meyvə-tərəvəzin ixrac dəyəri 16,4 %, spirtli və spirtsiz içkilərin ixrac dəyəri isə 3 % artıb.

İl ərzində məhsulların ixrac dəyəri 22,1 % artaraq 673,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 24,8 % artaraq 223,1 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 22,8 % artaraq 896,4 milyon ABŞ dolları təşkil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…