İtkin düşmüş şəxslərin ailələri ilə görüş təşkil olunacaq

İtkin düşmüş şəxslərin ailələri ilə görüş təşkil olunacaq
10.03.2025 10:26
Aa
dəq

İtkin düşmüş şəxslərin ailələri ilə görüş təşkil olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında deyib.

O bildirib ki, burada olmağının əsas məqsədlərindən biri məhz itkin düşmüş şəxslərin ailələri ilə görüşməkdir:

"İtkin düşmüş şəxslərin tapılması ailələr üçün önəm daşıdığı qədər, həm də sülhün göstəricisidir. Data sisteminin və DNT sahəsində proseslərin inkişafı Azərbaycan üçün zəruridir. Bununla yanaşı, Ermənistanla əməkdaşlıq da vacibdir".

Həftənin ən çox oxunanları