Operativ Məlumat Mərkəzi

İtaliyada uşaq məhbuslara işgəncə verən mühafizəçilər saxlanılıb

1 dəq
Paylaş:
İtaliyada uşaq məhbuslara işgəncə verən mühafizəçilər saxlanılıb
bu barədə xarici KİV məlumat yayıb. Məlumata əsasən Milan Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 12-si Milandakı Çezare Bekkariya...

İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisəsində 13 mühafizəçinin uşaq məhbuslarla pis rəftar etdikləri və onlara işgəncə verdikləri səbəbi ilə saxlanıldığı bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən Milan Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 12-si Milandakı Çezare Bekkariya Uşaq Həbsxanasında çalışan və biri daha əvvəl orada işləyən 13 mühafizəçi təyin edilib. Müxtəlif cinayətlərdən məhkum olunmuş uşaqlara qarşı pis rəftar və işgəncə verdikləri səbəbi ilə saxlanılıb.

İstintaq çərçivəsində 8 nəfər də dövlət vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər