Əsas məzmuna keç

ABŞ-də İlon Maskın texnologiya şirkətinə qarşı istintaq başladıldı.

ABŞ-də İlon Maskın texnologiya şirkətinə qarşı istintaq başladıldı.

Kaliforniya hakimiyyəti sahibkar İlon Maskın texnologiya şirkəti olan "xAI"yə qarşı araşdırma başladıb. Bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib...

ru

hakimiyyəti sahibkar İlon Maskın texnologiya şirkəti olan "xAI"yə qarşı araşdırma başladıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hakimiyyət onu "Grok" neyron şəbəkəsindən istifadə edərək qadın və uşaqların cinsi əlaqədə olan şəkillərini yaratmaqda və yaymaqda ittiham edib.

Kaliforniyanın baş prokuroru Rob Bonta məsələ ilə bağlı açıqlama verib:

"Grok AI", qadınları internetdə təcavüz etmək üçün istifadə edilən razılıq olmadan intim şəkillər yaradıb. Bu, qəbuledilməzdir. Biz "xAI"dən bu cür məzmunun yaradılmasının və yayılmasının qarşısını almaq proqramı ilə bağlı dərhal cavab tələb edirik”.

Kaliforniya qubernatoru Qevin Nyusom Bonta şirkətini "şirkətin fəaliyyətini dərhal araşdırmağa və "xA"ni məsuliyyətə cəlb etməyə çağırıb.

"Grok" aləti ilə bağlı şikayətlərdən sonra Maskın şirkəti real insanların fotolarını redaktə etmək imkanına məhdudiyyətlər tətbiq edib.

Şirkət "X"də verdiyi açıqlamada bildirib ki, "Grok" istifadəçilərinin real insanların şəkillərini redaktə etməsinin qarşısını almaq üçün texnoloji tədbirlər görmüşük. Bu məhdudiyyət pullu abunəçilər də daxil olmaqla bütün istifadəçilərə şamil olunur.

Bundan əvvəl Malayziya və İndoneziya hakimiyyəti öz ərazilərində "Grok"u bloklamışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…