Əsas məzmuna keç

İtaliya millisinin sabiq futbolçusu dünyasını dəyişib

İtaliya millisinin sabiq futbolçusu dünyasını dəyişib

İtaliya millisinin sabiq futbolçusu, dünya çempionatının "Qızıl buts" mükafatçısı Salvatore Skillaçi 59 yaşında dünyasını dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Mirror"a istinadən xəbər verir ki, keçmiş hücumçuya xərçəng xəstəliyi diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, millinin "Toto" ləqəbli sabiq üzvü 1990-cı ildə keçirilən dünya çempionatında "Qızıl buts" mükafatına layiq görülmüşdü. O, Almaniya yığmasının olduğu yarışı 6 qolla bombardir kimi başa vurmuşdu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…