Əsas məzmuna keç

İtaliya Futbol Federasiyası Pep Qvardiolaya təklif göndərməyə hazırlaşır

İtaliya Futbol Federasiyası Pep Qvardiolaya təklif göndərməyə hazırlaşır

"La Gazzetta dello Sport" nəşrinin məlumatına görə, İtaliya millisi uğursuzluqlar seriyasına son qoymaq üçün məşhur mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.

en ru

İtaliya Federasiyası milli komandanın ardıcıl uğursuzluqlarına son qoymaq üçün radikal addım atmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" "La Gazzetta " nəşrinə istinadən xəbər verir ki, qurum planetin ən titullu məşqçilərindən birini yığmanın sükanı arxasına gətirmək niyyətindədir.

Söhbət hazırda "Manchester City" klubunu çalışdıran Xosep Qvardioladan gedir.

Məşhur kataloniyalı mütəxəssisin İngiltərə təmsilçisi ilə müqaviləsi bu yay başa çatır. İtaliyalı funksionerlər məhz onun komandanı yenidən zirvəyə qaldıracağına inanırlar.

Xatırladaq ki, İtaliya millisi son bir ildə iki baş dəyişikliyi edib:

  • Luçano Spalletti
  • Cennaro Qattuzo

Bütün bu cəhdlərə baxmayaraq, komanda ardıcıl üçüncü dəfə Dünya Çempionatından kənarda qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…