Əsas məzmuna keç

Duşan Vlahoviç İngiltərə Premyer Liqasına keçə bilər

Duşan Vlahoviç İngiltərə Premyer Liqasına keçə bilər

İtaliyanın "Juventus" klubunun sabiq hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

ru en

"" klubunun keçmiş forvardı karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək variantını ciddi şəkildə nəzərdən keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" İtaliyanın nüfuzlu "Gazzetta dello " nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı serbiyalı futbolçu ilə "" klubu yaxından maraqlanır.

Tərəflər arasında artıq ilkin müzakirələrin aparıldığı bildirilir. "Newcastle" rəhbərliyi digər klublar rəqabətə qoşulmazdan əvvəl transferi mümkün qədər tez bir zamanda rəsmiləşdirməyə çalışır. Futbolçunun hazırkı vəziyyəti isə bu keçidi daha da asanlaşdırır.

Duşan hazırda sərbəst agent statusuna malikdir. O, "Juventus" ilə müqavilə müddətini uzatmamaq qərarına gəlib və cari ayın sonunda sözləşməsi rəsmən başa çatır.

Xatırladaq ki, hücumçu 2022-ci ilin əvvəlindən Turin təmsilçisinin şərəfini qoruyurdu.

Qeyd edək ki, ötən mövsümü İngiltərə çempionatında 12-ci pillədə başa vuran "Newcastle" heyətini gücləndirmək üçün hücum xəttinə yeni simalar axtarır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…