İsveçin NATO-ya üzvlük danışıqlarındakı nümayəndəsi Oskar Stenström krallığın müraciətinin ratifikasiyası ilə bağlı Türkiyə ilə dialoqdakı fasilənin nə qədər davam edəcəyini bilmir.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, o, bu barədə bazar günü İsveç radiosuna müsahibəsində bildirib.
“Ümid edirəm ki, hər halda gələn həftə həmkarımla telefonla əlaqə saxlayacam, lakin nə vaxt görüşəcəyimiz bəlli deyil”- deyə, o bildirib.