Stokholm Şəhər Polis İdarəsi avqustun 3-də İsveçin paytaxtında Qurani-Kərim kitabının yenidən yandırılması aksiyasına icazə verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Svenska dagbladet” qəzeti məlumat yayıb.
Aksiyanın təşkilatçısı olan qadın bildirib ki, məqsədi dinin siyasət olduğunu göstərməkdir.
Onun sözlərinə görə, Müqəddəs Kitabın yandırılmasının səbəbi onun xeyli sayda insanın ölümünə bais olmasıdır: “Ümid edirəm ki, bütün dünya bu mesajı eşidir, çünki dinin siyasi olduğunu qəbul etmək vacibdir”.
Qadın həmçinin vurğulayıb ki, İsa peyğəmbərin sözlərinə və “Müqəddəs Kitab”ın ( “İncil”i nəzərdə tutur) “On Əmr”inə əməl edir.