Əsas məzmuna keç

Türkiyədə İŞİD-ə qarşı əməliyyat davam edir, 357 nəfər saxlanılıb

Türkiyədə İŞİD-ə qarşı əməliyyat davam edir, 357 nəfər saxlanılıb

Türkiyədə İŞİD-ə qarşı əməliyyat davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in NTV-yə istinadən verdiyi xəbərə görə, daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 21 vilayətdə əməliyyat nəticəsində 357 nəfər saxlanılıb.

Qeyd edək ki, Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 əməkdaşı olub. 8 polis əməkdaşı və bir mühafizəçi yaralanıb, 6 terrorçu zərərsizləşdirilib.

İstanbulda İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı aralarında Yalovadakı İŞİD üzvləri ilə əlaqəsi olan 41 şübhəli də daxil olmaqla, ümumilikdə 110 şübhəli şəxs saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, araşdırma çərçivəsində məsciddə fitrə, zəkat və ianə adı altında toplanan pulların terror təşkilatına, Suriyada düşərgələrdə saxlanılan tərəfdarlarına və məscid daxilində təlim–mədrəsə fəaliyyətlərinə yönəldildiyi müəyyən edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…